Siyasi məhbus, AXCP üzvü Murad Ədilovun həbsaxanada dözülməz təzyiqlərə məruz qalması ilə bağlı yeni xəbər var. Onun qardaşı, AXCP mətbut xidmətinin rəhbəri Natiq Ədilovun feysbukda paylaşdığı məlumata görə, ədliyyə orqanlarından ona mesaj göndəriblər ki, Murada qarşı edilən hərəkətlər həbsxana nəzarətçisinin özfəaliyyətidir, qarşısı alınacaq. N.Ədilov buna inanmaq istədiklərini və gözlədiklərini qeyd edib. O, yzır:
“Murada qarşı ayrı-seçkilik və türmə daxilində psixoloji hücumlardan xəbəriniz var. Bu barədə yazılı, şifahi, elektron formada şikayətlər göndərilib. İstəyimiz sadədir, 10 saylı cəzaçəkmə müəssisəsinin baş nəzarətçisi Xəyal Həsənovun vicdan məhbusunu ölüm həddinə çatdırılmasına hüquqi qiymət verilsin!
Bir az əvvəl ədliyyə sistemindən mənə xəbər yollayıblar. Bildirilir ki, bu hadisə rəhbərliyin də qəzəbinə, narahatlığına səbəb olub, yəni, törədilən əməl Xəyalın şəxsi təşəbbüsü, tamahı və xarakterindən irəli gəlib, bir də bu hal təkrar olunmaz. Bizlərə səbrli olmaq tövsiyyə edilib.
Həqiqətən inanmaq istərdim ki, Murada qarşı bu əcəlflıq mənə nəql edildiyi kimi hansısa işçinin hozuluğundan yaransın, yuxarıda hazırlanan hansısa mərkli, geniş planın tərkib hissəsi kimi yox. Əlbəttə, Murad və onun biz əzizləri üçün bunun o qədər mənası yoxdur. Ona qarşı törədilən zülm onsuz da zülmdür. Amma, bir dustağa, əli qolu bağlı, günahsız yerə 5-ci ilini zindanda yaşayan sadə zəhmətkeş, vicdanlı bir insana yuxarı səviyyədə belə hal olarsa, bu hiddətə də yox, ürpənməyə layiq olardı. İnsan nə qədər aciz, cılız olar ki, sənə öz düşüncəsi ilə müqavimət göstərməkdən başqa imkanı olmayan günahsız insanla dirəşsin, onu əzmək, məhv etmək, həyatdan psikdirmək istəsin.
Xülasə, uzunçuluq etməyim. Mənə inandırmağa çalışıblar ki, Murada qarşı planlı, əvvəlcədən yuxarı səviyyədə düşünülən plan olmayıb. Belədirsə, nə gözəl. Bizim türmələrlə, nadzorlarla mübarizə aparmaq kimi bir fikirimiz onsuz da yoxdur. Bizimki siyasi sistem və onun başında dayanan adamlardır. İndi sizin əlinizdə gözəl bir imkan var, normal, ədalətli araşdırma aparın, aydınlaşdırın bu Xəyal adlı vücud niyə, hansı məqsədlə belə edib, cəzasın verin bu olsun iş. Biz də arxayın olaq ki,hüquq sistemimiz bizi ədaləti ilə təəccübləndirmək keyfiyyətindən məhrum deyil. Gözləyirik.
Əziz dostlar, mən öz adımdan, ailəmiz adından Muradla bağlı yaranan nigarançılığı, narahatlığı bölüşdüyünüz üçün hamınıza təşəkkür edirəm. Heç istəməzdik ki, belə şeylərlə sizlərin gündəlik həyat ritminizi gərginləşdirək, amma nə edəsən, bizdən asılı deyil. Sağ olun ki, yazdınız, paylaşdınız, bu işə cavabdeh olanların vicdanına xitab etdiniz və bu gün biz Muraddan kövrək də olsa şad xəbər aldıq. Ən əsası odur ki, Murad sağ-salamatdır, bu hadisəyə görə karsa salınmayıb. Bunlar güclü ehtimallarım idi, dəqiq xəbəri isə biz onun növbəti dəfə evlə danışması zamanı eşidəcəyik”.