
Buna səbəb artistlərə ABŞ vizasının verilməməsidir.
Bu haqda komandanın prodüseri Lev Traxtenberq öz “Facebook” səhifəsində məlumat verib.
“Təəssüflər olsun ki, “Qorod Pyatiqorsk” ŞHK komandasının iyunun 17-də Nyu-Yorkdakı konsert proqramı təxirə salınır. ABŞ-ın Moskvadakı səfirliyindən artistlərə viza verilməsi üçün lazım olan petisiyanı əldə edə bilməmişik. Həmin sənəd olmadığı üçün artistlər ABŞ səfirliyində viza verilişi ilə bağlı qəbula yazıla və ABŞ-a gələ bilməyəcəklər”, -deyə Traxtenberq yazıb.
2013 və 2014-cü illərdə ABŞ-a qastrol səfərləri ilə bağlı heç bir problemlə üzləşmədiklərini deyən prodüser, qarşı tərəfin hansı əsasla sənədi verməkdən imtina etdiyini açıqlamadığını söyləyib.(Oxu.Az )