AXCP-yə qarşı quraşdırılan “qanunsuz maliyyələşmə” cinayət işinə görə onun daha bir üzvü saxlanılıb. AXCP-dən verilən məlumata görə, partiyanın veteranlarından olan Ramiz Əhədov (Ramiz Kamal) da həbs edilib. Onu yaşadığı evdən aparıblar.
Ramiz Kamal partiyada əsasən siyasi məhbuslara dövri olaraq ərzaq bağlamalarının çatdırılmasını təşkil etməklə məşğul olub. Güman ki, onun həbsi həmin sovqatlara xərclənən pulların mənbəyini “müəyyənləşdirməık” üçündür.