Hüquq müdafiəçisi Taleh Xasməmmədovun bu gün, aprelin 21-də sərbəst buraxıldığı deyilir.
Bu barədə Azadlıq Radiosuna aprelin 21-də axşam saatlarında Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova məlumat verib:
“Ancaq Taleh hələ evə gəlmədiyindən məsələnin detallarını bilmirəm”
Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev də məlumat yayıb:
“İndicə aldığım məlumata görə, 2 gün öncə şərlənib həbs olunan, haqqında cinayət işi açılan hüquq müdafiəçisi Taleh Xasməmmədov Göyçayda 4 saat davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılıb. Ətraflı məlumat veriləcək”, deyə Oqtay Gulaliyev vurğulayıb.
Məsələni, hələlik rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
“Hüquq müdafiəçisi Taleh Xasməmmədova Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə ittiham irəli sürülüb.