AXCP Ali Məclisinin üzvü, şair Araz Səməd bu gün faciəli şəkildə həlak olub. İlkin məlumata görə, Araz Səmədi Mehdiabad qəsəbəsində marşrut avtobusu vurub. Ağır xəsarət aldığına görə onu xilas etmək mümkün olmayıb.
Onun yaxın tanışı olan şair Rauf Qərib Alagözün “Kulis.az” -a vediyi açıqlamaya görə, Araz Səməd Bakıya iş axtarmağa gəlibmiş:
“Dünən mənə zəng etdi, telefonu açmaq imkanım olmadı, sonra vatsapda mesaj yazdı. İşlə bağlı görüşümüz olmalı idi. Bu səhər zəng vurdum, nömrəsinə zəng çatmadı. Narahat oldum. İndi də sosial şəbəkələrdən belə bir xəbər oxudum. İnanmağım gəlmir.”
R.Alagözün sözlərinə görə, A.Səməd vatsapda özünün facebook profilinin oğurlanması barədə mesaj da yazıbmış.
Araz Səməd vətənpərvər, əqidəli, mübariz bir insan idi və şüurlu həyatını Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəyə həsr etmişdi.
Araz Sәmәdin әvvәlcә profilinin әlә keçirilmәsi vә adından bәzi provokativ qeydlәrin paylaşılması, ardınca da bu cür qәzada hәlak olması xeyli müәmmalı görünür.
Hadisәnin tәsadüfi qәza kimi planlaşdırılmış qәsd olduğu da istisna edilә bilmәz. Bütün hallarda bu ölüm faktı ciddi ictimai diqqәt altında olmalıdır vә yәqin ki, belә dә olacaq.
Araz Sәmәdin facebook’da profili oğurlanandan qabaqkı son paylaşımı belə olub:
-“Hələ 7 il də bunlardır” deyənlər, siz başınızı yastığa atsanız da, biz mübarizənin nə olduğunu, necə aparıldığını bilirik. Nə 17 yaşlı Fatimənin oğulanması, nə müxalifətçi fəalların sorğu-suala çəkilməsi YAPizmin çöküşünü dayandıracaq, nə də efirlərə, sosial şəbəkələrə daraşan yaltaq sürülərinin üzdəniraq fəaliyyəti.
Onu da qeyd edәk ki, Araz Sәmәd müxalifәtçi olaraq nәzarәtdә idi vә bir neçә dәfә “Bandotdel”ә aparılaraq xәbәrdarlıq almışdı.
Allah rəhmət eləsin.