Azərbaycan nazirliklərin sayına görə ABŞ-ı ötsə də…
Azərbaycanda həddindən artıq nazirliklər, komitələr, qurumlar mövcuddur. Amma sayın çox olması problemlərin azalmasına xidmət etməyib. Əksinə, hər yaranan qurum yeni korrupsiya cığırı açıb. Neft milyardlarını həzm etmək üçün “yenilik”lərə ehtiyac duyublar.
Azərbaycan Respublikasında Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Energetika Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi fəaliyyət göstərir. Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Milli Bankı, Dövlət Neft Fondu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və digər qurumlar var. Amma heç bir nazirlik, qurum, komitə üzərinə götütdüyü öhdəliklərə əməl etmir. Bütün qurumlar eyni missiyanı yerinə yetirir. Bütün qurumların başında dayananlar milyonerdi, bütün qurumların külli miqdarda xarici borcu var, bütün qurumların təmsilçiləri olmayan inkişafdan dəm vurur. Reallıq isə budur ki, xarci siyasət iflasa uğrayıb, təhsil can üstədi, səhiyyə ciddi xəstəliyə yoluxub, ədliyyə sistemi çat-çat olub, DİN günahsız adamları qandallamağa girişib, knəd təsərrüfatı məhsullarına olan tələbatımız idxalın hesabına ödənilir, müdafiə nazirliyi atəşkəs pozuntularının saymaqla məşğuldu, iqtisadiyyatımız neftin ətiyndən yapışıb çabalayır və.s
Amma 325 milyon əhalisi olan ABŞ-da cəmi 11 nazirlik varvə ölkənin bütün sahələri paralel inkişaf edir. Məsələn, ABŞ-ın 1 ştatının büdcəsi AZərbaycanın dövlət büdcəsindən 30 dəfə çoxdur.
Bunun çox aydın səbəbi var. Azərbaycanda bazar iqtisadiyyatı yoxdur, qanunlar işləmir, rəqabət mühiti yoxdur, məmur ölkəyə obyekt kimi baxır, bütün hökumət komandasının fəaliyyəti “daha çox necə oğurlamaq olar” sualı ətrafında dövrə vurur.
Bugünün Azərbaycanında heç bir nazirliyə, komitəyə ehtiyac yoxdur. Çünki heç bir qurumun müstəqil fəaliyyət göstərmək, dövlətə və xalqa xidmət etmək imkanı yoxdur. Sadəcə bu qurumların dəbdəbəli binaları var və Prezident Aparatından gələn sifarişi yerinə yetirirlər. Bəli, bugün fəaliyyət göstərən bütün qurumlar ləğv olunsa Azərbaycnda heç nə dəyişməyəcək. Hətta Milli Məclisin yoxluğu da hiss olunmaz. Əksinə bu qurumlar dövləti zəiflətmək, vətəndaşı zəlil etməklə məşğuldular. Heç bir dövlət qurumunu fəaliyyətində dövlətçiliyə uyğun addımlar özünü göstərmir. Azərbaycanda bütün dövlət qurumları süründürməçilik, saxtakarlığı alqışlamaq, yalanı həqiqət kimi təqdim etmək üçündür.
Samir