Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin millət vəkili Gülər Əhmədova ilə bağlı Baş Prokurorluğa müraciəti Prezident Administrasiyasında yüksək səviyyədə müzakirə olunub.
Bu barədə “Azadlıq”a etibarlı mənbədən məlumat daxil olub. Məlumatda deyilir ki, müzakirənin yekunu kimi E.Abdullayevin müraciətini tamamilə kənara atmağın mümkün olmayacağı, eyni zamanda müraciət üzrə araşdırmalara başlamağın siyasi baxımdan yolverilməz olduğu qənaətinə gəlinib.
Mənbənin sözlərinə görə, vəziyyətdən çıxış yolu kimi belə bir mümkün variant üzərində dayanılıb ki, E.Abdullayevin millət vəkili haqda müarciəti onun özünə qarşı qaldırılmış cinayət işinə birləşdirilsin.
Məlumatda vurğulanır ki, müzakirə E.Abdullyevin millət vəkili ilə söhbətinin videogörüntüsü yayılandan qabaq aparlıb və vediogörüntünün bu məsələdə qəbul ediləcək yekun qərara necə təsir göstərə biləcəyini gözləmək lazımdır.