Bəşər Əsədi zəhərləyiblər?

Suriya diktatorunun yaxın vaxtlarda öləcəyi xəbəri yayıldı

Suriyalı üsyançılar paytaxt Dəməşqdə xüsusi təyinatlı polislərin “Şebiha” və təhlükəsizlik qüvvələrinin qərargahı kimi istifadə olunan bir məktəbə hücum ediblər. Hücumda raket və iri çaplı silahlardan istifadə olunub. “Ənsar əl İslam” qruplaşmasının liderlərindən biri Əbu Moaz “Reuters”-ə verdiyi açıqlamasında hökumət qüvvələrinə hücum etdiklərini və məktəbin binasını raketlərlə atəşə tutduqlarını bildirib.

“Əl-Ərəbiyə” kanalı isə Dəməşqdə törədilən iki partlayış nəticəsində aralarında sadə vətəndaşların da olduğu çoxlu sayda hərbi səlahiyyətlinin öldüyünü və yaralandığını bildirib. Kanal partlayışların Suriya kəşfiyyat idarəsinin hədəf aldığı xəbərini yayıb. Hücuma görə məsuliyyəti “Peyğəmbərin Nəvələri” silahlı qruplaşması öz üzərinə götürüb. Qruplaşma sözçüsü partlayış nəticəsində olaral zabit və “Şebiha”çıların öldüyünü deyib.

Partlayışlar BMT və Ərəb Liqasının Suriya üzrə ortaq elçisi Lakhdar Brahiminin BMT Təhlükəsizlik Şurasındakı çıxışından sonraya təsadüf edib. Brahimi bildirib ki, Bəşər Əsəd rejimi ölkədə islahatlar aparmaq fikrində deyil. O, artıq 1 il yarımdan çoxdur ki, Suriyada davam edən toqquşmaların faciələrə səbəb olduğunu söyləyib.

“OLAYLAR”-ın Türkiyə bürosu Suriya diktatoru Bəşər Əsəd ətrafında olan müxalifət nümayəndələri  tərəfindən zəhərləndiyi xəbərini yayıb. Agentlik bildirir ki, yaxın vaxtlarda Əsəd dünyasını dəyişəcək. Suriya diktatorunun gizli şəkildə kimsənin xəbəri olmadan çox güclü izi tapılmayan maddə ilə zəhərləndiyi deyilir. Həkimlər ilkin mərhələdə Bəşər Əsədi çətinliklə  xilas edə bilsələr, ancaq müxalifətin iddiasına görə bu heç bir şeyi dəyişməyib və zəhər Əsədin bədəninə yeriyib.