Gəncə şəhər sakini intihara cəhd edib.
APA-nın xəbərinə görə, şəhər sakini, 1983-cü il təvəllüdlü Əsgərov Zaman Şamil oğlu Cavadxan küçəsində üzərinə neft tökərək özünü yandırıb.
Sifətin, yuxarı tənəffüs yollarının və əllərin termiki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Z. Əsgərovun vəziyyətinin kafi olduğu deyilir.