“Dövlətin indiki maliyyə dəstəyi olmasa, “Azərenerji” borclarını ödəyə bilməyəcək”
“Azərenerji”nin kapital strukturunda əvvəl olduğu kimi yenə də yüksək risklərin olduğunu düşünürük.
Bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, buna səbəb “Azərenerji”nin borc öhdəliklərinin 85%-nin xarici valyutada olması və şirkətin məzənnədəki dəyişiklik riski ilə hələ də üz-üzə qalmasıdır.