Bu saatlarda İnşaatçılar metrostansiyasında 40 yaşlarında bir qadın özünü qatarın altına ataraq intihar etmək istəyib.
Qatarın gəlmə anına yaxın metrostansiyada güclü sıxlıq və panika yaşanıb. Hadisə yerinə gələn tibb işçiləri qadına ilk tibbi yardım göstəriblər.
Hadisə haqqında hazırda İnşaatçılar metrostansiyasında olan sosial şəbəkə fəalları məlumat yayıblar.
İntihar edən qadının kimliyi və intiharın səbəbləri hələlik bilinmir.
Azadliq.info