Suriyanın şimal-qərbində baş verən son hadisələrə görə Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq”.
Bu fikri ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyə ordusunun Suriyada keçirdiyi aniterror əməliyyatını dəyərləndirərkən deyib.
“Suriyanın şimal-qərbindəki son hadisələr bizi də qayğılandırıb. Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığının da fərqindəyik”, -deyə ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bildirib.