Sərbəst güləş üzrə Avropa çempionu Anar İsmayılov Maştağadakı 1 saylı Respublika Psixatriya Xəstəxanasına göndərilib. Yanvarın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda qərar çıxarılıb.
Anar İsmayılov CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə təqsirləndirilərək saxlanılıb. Amma onun barəsində istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Bugünkü məhkəmədə təqsirləndirilən idmançının hadisəni törədərkən anlaqlı vəziyyətdə olub-olmamasını araşdırmaq üçün məhkəmə psixatrik ekspertizası təyin olunub. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
A.İsmayılov 2003-cü ildə Makedoniyada yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyaniyada keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.
azadliq.info