“Gilan Holding”ə daxil olan 3 şirkət fəaliyyətini dayandırdığını rəsmən bəyan edib. Belə ki, “Gilan Pasicifik İnşaat Materialları” MMC, “Gilan Motors” MMC və “Gilan Sement” MMC ləğv olunub.
“Gilan Pasicifik İnşaat Materialları” rəsmən qeydiyyata 2011-ci ildə alınıb və nizamnamə kapitalı 20 manat olub. “Gilan Sement” 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 40 manat təşkil edib. “Gilan Motors” isə 100 manat nizamnamə kapitalı ilə 2008-ci ildə dövlət qeydiyyatına alınıb.
Hər üç şirkətin qanuni təmsilçisi Cəmil Tahir oğlu Muradovdur.
Qeyd etmək lazımdır ki, “Gilan Holdinq” FH naziri Kəmaləddin Heydərovun müəssisəsi kimi tanınır.