Keçən gün FB da Zəfər Əhmədovun siyasi məhbuslar üçün təkbaşına aksiyalar edib həbs olunan Fizuli Süleymanovun səhhətində yaranmış problemlərlə bağlı yazısına rast gəldim.
Və…
Yazının altında hamı bir nəfər kimi “Allah kömək olsun” yazıb keçmişdi…
Açığı içimdən kinayəyə bənzər qarmaşıq bir hiss keçdi. İndiyə qədər Tanrını cəza verənə çevirən bir xalq indi də xəstə bir adamın müalicəyə, bu müalicə üçün pula ehtiyacı olduğunu bildiyi halda “Allah kömək olsun” deyib keçməsi ilə deyəsən Tanrını bankir hesab etməyə başlamışdı.
Ey mənim Allahı əməlinə deyil, dilinə köçürüb özü heç bir şey etmək istəməyən bacı və qardaşlarım! Tanrı bankir deyil, o qanunauyğunluqlar yaradıb və bu qanunauyğunluqda heç nə etmədən Allahın sənə kömək etməsi kimi bir məntiq yoxdur.
Amma açığı bu barədə daha çox uzun yazmayacam. Çünki mənə “yanındayıq” deyənlərin heç biri bu gün mənim yanımda deyil. Mənim yanımda olmaq elə siyasi məhbus ailələrinin problemlərini həll etməkdə az da olsa caba göstərməkdi. Bir müddət əvvəl mən siyasi məhbus ailələrinə yardım üçün başladılmış “mən də varam” kampanyasına dəstək üçün yazdığım yazıya verilən reaksiya bu xalqın xeyriyyəçilik ənənələrinin sıfırdan solda olduğunu bir daha sübut etdi.
Olsaydı, Sabir vərəmdən ölməzdi. Hadi bir tikə çörək üçün yazdığı şerləri satmazdı.
Olsaydı, Mirzə Cəlil isinmək üçün əlyazmalarını sobada yandırmazdı.
Zərdabi “Əkinçi” qəzetini dərc etməyə görə zənginlərdən pul toplamaq üçün ölkə boyu çıxdığı səfərdən əli boş qayıtmazdı.
İndi deyəcəyim başqa…
Ey mənim “Allah kömək olsun” deyib vicdan borcunu yerinə yetirmiş hesab edən soydaşım, sən qəti rahatsız olma. “Siyasi məhbusların bizim boynumuzda haqqı var” deyib heç özünüzə yüklənməyin. Bu siyasi məhbuslara görə xəstə düşən Füzuli bəydən ötürü əndişə duyma… Biz siaysi məhbus ailələri sizin əvəzinizə düşünərik, didinərik, nəsə etməyə çalışarıq, təki sizlərin rahatlığı pozulmasın.
Telefonunuzdan kontur, günlrinidən çayxana, cibinizdən siqaret, dilinidən “Alah kömk olsun” demək əskik olmsın, biz Fizulu bəyi ziyarət edərik.
Siz heç əziyyt çəkməyin.
Etdik də…
Sağ olsunlar, səsimə səs verdilər, bir anın içində 10 nəfər siyasi məhbus ailəsi toplandıq və Fuzuli bəyi ziyarət etdik.
Zatən Füzulu bəy o qədər qürurlu biridir ki, kimsədən nəsə ummur. Sizdən umacağı da diqqətdi, qayğı idi.
P.S
Ölkədə 160 siyasi məhbus var. Bu gün 10 nədər toplanıb Füzulu bəyə baş çəkdik. Ehtiyatda 150 ailə qalır. Bundan sonra bizim yaxınlarımıza görə əziyyət çəkən hər kəsin yanında olacağıq. Hər dəfə bir 10 nəfərimiz toplansa, demək hələ xeyli qüvvəmiz var. yni sia rahat yatın, ey mənim Tanrını bankir elan etmiş vicdandan rahat, əldən bərk, könüldən qara, keyfindən qalmayan xalqım, siz elə belə də davam edin.
Ən başlıcasısa ermənini söyün, “o kimdi ki?” deyin.
Amma “o kimdir?” sualından hərdən özünüzə də verin.
Nə olar, bir “Allah kömək olsun “ yazıb qırağa çəkildikdən sonra “bəyənmədiyimiz ermənilərin 160 siyasi məhbusu olsaydı, onlar nə edərdi?” sualına cavab arayın.
Ya da bəlkə aramağa ehtiyac yoxdur? Çünki bu sualın cavabı əslində, bu ölkə iki yerə bölünəndə, Qarabağı, Zəngəzuru, Borçalını itirəndə verilib?!
Yazı Facebook səhifəsindən götürülüb