Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın məhkəməyə müraciət edib.
Bu barədə “Report”a onun vəkili Türkel Süleymanlı məlumat verib.
Onun sözlərinə görə, F.Laçın barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyir.
Vəkil qeyd edib ki, müğənninin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ərizəsini bu gün Nəsimi rayon Məhkəməsinə təqdim ediblər.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.