Ramil Səfərovun qaytarılması ilə əlaqədar Azərbaycanın Macarıstandakı səfirliyinin ünvanına hədə-qorxular əks olunmuş məktublar daxil olur.
Bu barədə APA-ya Azərbaycanın Macarıstandakı səfirliyinin ikinci katibi Eldar Əliyev məlumat verib. O bildirib ki, daxil olan son məktubda səfirlik əməkdaşlarının adları da çəkilir: “Macarıstan və Azərbaycanın müvafiq orqanları bu faktlardan xəbərdar edilib. Hədə-qorxulara baxmayaraq, səfirlik gücləndirilmiş mühafizə altında adi rejimdə işini davam etdirir”.
Sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilir və onların qətlə yetiriləcəyi bildirilir.