Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Nuriyyə Ağayevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşları övladlarını ali məktəblərə qəbul etdirəcəyini vəd edərək pullarını dələduzluq yolu ilə ələ keçirib.
N.Ağayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, N.Ağayeva filologiya elmləri namizədi, “Əməkdar müəllim”dir.