Mahmud Abbas Trampın qərarını rədd etdi
ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığına dair bəyanatı Fələstin kəskin reaksiya ilə qarşılayıb. Fələstinin dövlət başçısı Mahmud Abbas Ramallahdakı iqamətgahında keçirdiyi mətbuat konfransında Trampın bu qərarını rədd etdiklərini və qınadıqlarını bildirib.
“Bu addım bütün sülh təşəbbüslərini batlalayır və sülh danışıqlarında ABŞ-ın rolunu bitirir. Bu qərar həmçinin ABŞ-ın indiyə qədər üzərinə götürdüyü sülh prosesinin himayəçisi rolundan imtina etdiyinin elanıdır. Bu qərar İsraili anlaşmaları tanımamağa, beynəlxalq hüquqa meydan oxumağa, Fələstini yəhudilərlə məskunlaşdırmağa, işğal, iqrçi, aparteid və etnik təmizləmə siyasəti yürütməyə təşviq edən bir addımdır”, deyə M.Abbas bildirib.