Deputat Ə. Əmiraslanov büdcə müzakirələri zamanı çox acı fakt səsləndirib.
O orqan transplantasiyası məsələsinə toxunaraq qeyd edib ki, hazırda ölkə daxilində və xaricdə xeyli insana orqan transplantasiyası əməliyyatları aparılır: “Bu xəstələr ömür boyu immunodepressant deyilən preparatlar alırlar. Bu preparatların qiyməti son dərəcədə yüksəkdir. Bir ayda təxminən 3000-3500 manat civarında vəsait lazımdır. Bu gün bu xəstələr bu dərmanları ala bilmir. Bu insanlar lazımı dərmanları ala bilməsələr, orqanlarda qopma baş verir və onların həyatı yenə də təhlükə altına düşür.
Bu istiqamətdə də vəsait ayrılması yaxşı olar. Deyə bilərsiniz ki, səhiyyəyə vəsait ayrılır və bu vəsaitdən istifadə olunsun. Ancaq səhiyyəyə ayrılan vəsait çərçivəsində bu məsələləri həll etmək mümkün deyil”.