Müdafiə Nazirliyi əsgərin atəşkəsin pozulması nəticəsində öldüyünü bildirir
Oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cabbar Firuddin oğlu Zeynalov həlak olub. Cabbar Zeynalov 1999-cu ildə Saatlının Heydərabad kəndində doğulub. Bu ilin aprelində hərbi xidmətə çağırılıb. 18 yaşında şəhid olan Cabbar Zeynalov Saatlıda dəfh olunacaq.
Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Ermənistan silahlı qüvvələrinin bölmələrinin atəşkəs rejimini pozması nəticəsində baş verib.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun statistikasına görə(meydan.tv), 2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 48 hərbi qulluqçu ölüb. Onların 17 nəfəri döyüş, 31 nəfəri isə qeyri-döyüş itkisidir. Statistika sentyabrın 24-də yayımlanıb. Mediada gedən məlumatlara əsasən, həmin tarixdən bugünədək ölən hərbçilərin sayı 56-a çatıb.