Bu gün ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə, tərəflər təmas xətti boyunca gərginliyi azaltmağa razılaşıblar, birgə bəyanatda bildirilir.
Prezidentlərlə yanaşı, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi və Azərbaycan və Ermənistan xarici işlər nazirləri iştirak ediblər.
ATƏT həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər “danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa” razılaşıblar.
Bununla yanaşı, bəyanatda qeyd edilir ki, növbəti addım olaraq, həmsədrlər “xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüşü təşkil edəcəklər”.