“Naxçıvan şəhərində 10 gündən çoxdur 160-a qədər kafe bağlanıb. Əhali çay içməyə yer tapmır. 2-3 obyekt işləyir o da yüksək ranqlı məmurların nəzarətindədir”.
Bu barədə musavat.com-a Naxçıvan sakinləri məlumat veriblər. Onların sözlərinə görə, obyektləri bağlanan sahibkarlara hədə-qorxu gəlindiyindən harasa şikayət etməyə çəkinirlər. Şəhər sakinlərinin sözlərinə görə, Muxtar Respublika rəhbərliyi bu yolla insanların bir yerə toplaşmağının qarşısını almağa çalışır.