Bəhruz Quliyevdən yeni xəbər var. Vəkil Samirə Ağayeva feysbukda məlumat yayıb ki, 4 gün qabaq faktiki oğurlanaraq harada saxlandığı belə xəbər verilməyən B.Quliyev 25 sentyabr, saat 15 radələrində sərbəst buraxılıb.
***
Sentyabrın 21 axşam saat 18:00 da Bəhruz Quliyev işlədiyi Diqlas ticarət mərkəzindən 3 nəfər mülki geyimli şəxs tərəfindən qara cipə zorla mindirilərək oğurlanan Müsəlman Birliyi Hərəkatının üzvü Bəhruz Quliyevdən hələ də xəbər yoxdu.
Bu barədə vəkil Samirə Ağayevə məlumat yayıb. Vəkil bildirib ki, üç kişi və bir qadın onun evinə gələrək heç bir qərar təqdim etmədən kompüterini və digər əşyalarını götürdülər.
Onun ailəsi və vəkili dövlət orqanlarına müraciət etsələr də, heç bir məlumat əldə edə bilmədilər.