“Bakı küçələrində piyadaların yolları sağ-salamat keçmə ehtimalı 40 faizdir”
ABŞ-da yayımlanan məşhur “The Atlantic Cities” qəzeti Bakıda sürücülərin avtomobilləri idarəetməsindən bəhs edən məqalə yayımlayıb. Müəllif Con Metkalf Bakı sürücülərini avtoralli yarışları üzrə 5 qat dünya çempionun Mixail Şumaxerə bənzədib. O, yazır ki, Bakı küçələri labirintə bənzəyi və burada piyadaların bir yoldan digərinə təhlükəsiz keçidi qeyri-mümkündür.
“Bakı küçələri təhlükəli oyunu xatırladır. Piyadalar yol keçərkən içdən dua edilər. Piyadaların labirint yolları təhlükəsiz və sağ-salamat keçmə ehtimalı 40 faizdir”, – deyə müəllif yazıb. “The Atlantic Cities” qəzetinin redaktor müavini Amanda Erikson Bakıda 10 gün olub və buranın yollarının nə dərəcədə təhlükəli olduğuna dair kifayət qədər məlumat toplaya bilib. Amanda Erikson “The Atlantic Cities”a deyib ki, Bakı sakinlərini xilas edə biləcək yeganə şey piyadaların sürücülərə yalvarış dolu baxışlarla baxmasıdır.
Məqalənin müəllifi Con Metkalf sonda əlavə edib ki, Dövlət Departamenti Bakıda yaşayan ABŞ vətəndaşlarını azərbaycanlı sürücülərdən ehtiyyatlı olmağa çağırıb:“Sizi hər addımda təhlükə gözləyə bilər. Yollardakı açıq “lyuklar” Bakı küçələrinin hansı halda olduğunu söyləmək üçün faktlardan biridir. Bakıda sürüclərin avtomobilləri idarəetməsi isə fövqəladə təhlükədir”.