Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovun Xabarovskda qətlə yetirilməsi barədə cinayət işinin fiqurantı Anar Alahverənov istintaq təcridxanasında iki ay keçirəcək.
“Avqustun 23-da məhkəmə təqsirləndirilən şəxs barədə iki ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qiyabi qərar çıxarıb. Müddət RF ərazisinə ekstradisiya olunan andan və ya Rusiya ərazisində faktiki tutulduğu andan hesablanır”, – bunu Xabarovsk Mərkəzi Rayon Məhkəməsinin sədrinin vəzifəsinin müvəqqəti icraçısının köməkçisi İrina Viniçuk bildirib.
Axtarışda olan A.Allahverənov dünən hüquq-mühafizə orqanlarına könüllü təslim olub.