Bakı Kitab Klubunun rəhbəri Elxan Rzayev dünən vəfat edib.
Bu barədə dostlarından biri, Həsən Hüseynli FB səhifəsində yazıb. Elxan Rzayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Elxan Rzayev keçmiş xarici işlər naziri, xalq hərəkatının ünlü simalarından olan, indi mühacirətdə yaşayan Tofiq Qasımovun bacısı oğludur. Elxan bəy özü də xalq hərəkatının tanınmış fəallarından, AXC NTK üzvlərindən biri olub.
Allah rəhmət eləsin!