Vaqif Axundovun keçmiş işçisinə qarşı yeni hücumu
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşı, baş leytenant Asif Lətifova qarşı təzyiqlər davam edir. “Azadlıq”a daxil olan məlumatlara görə, Respublika Prokurorluğunda Asif Lətifov barədə qondarma ittihamlarla cinayət işi başladan XDMX rəhbərliyi indi də baş leytenantı dəlixanaya saldırmaq istəyir.
Məlumatlarda bildirilir ki, avqustun 15-də Asif Lətifovu Ədliyyə Nazirliyinin tibbi ekspertiza mərkəzində psixiatrın yanında test ediblər. XDMX rəhbərliyi çalışır ki, baş leytenantın psixiloji problemi olması barədə ekspert rəyi əldə etsin. Bundan sonra isə Asif Lətifov dəlixanaya salınsın.
Məlumatı dəqiqləşdirmək üçün Asif Lətifovla əlaqə saxladıq. Baş leytenant xəbərin doğru olduğunu bildirdi: “Bilmirəm bu məlumatı haradan əldə etmisiniz amma doğrudur. Mənim barəmdə saxta ittihamlarla cinayət işi başlanmasına nail olan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyi indi də məni dəlixanaya saldırmaq istəyirlər. Lakin mən hüquqlarımın bərpası uğrunda sona qədər mübarizə aparacam”.
Hikmət