İran dronlarıın Qərbdə hazırlanmış hissələri

Son beş ildə İran rəsmiləri və dövlət mediası İslam Respublikasında istehsal olunan “Mohajer-6” döyüş dronlarının “yerli” düşüncənin məhsulu olması haqda danışır. Rusiya Ukraynada bu dronlardan istifadə edir.

AzadlıqRadiosunun Ukrayna xidmətinin araşdırma layihəsi olan “Sxemlər” bu dronların elektron hissələrinin qətiyyən İranın yerli istehsalı olmadığını aşkarlayıb.

“Mohajer-6” dronlarının içərisində ABŞ və Aİ şirkətlərinin istehsalı olan hissələr var. Həm ABŞ, həm də Aİ bu qəbildən texnologiyaların İrana ixracına sanksiya qoyub. Söhbət həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunan texnologiyadan gedir.

“Mohajer-6”nın içərisində bu cür hissələrin olması istehsalçının ABŞ, yaxud Aİ sanksiyalarını pozması demək deyil. AzadlıqRadiosunun bunu sübut edəcək dəlilləri yoxdur.

Azadlıq radiosu