Kremlin ilhaq oyunu və azalan kompromislər

4 saat öncə

Moskva yaxınlığında yeni səfərbər olunanlara təlim keçilir
Moskva yaxınlığında yeni səfərbər olunanlara təlim keçilir

“Bu o demək olardı ki, Şimali Koreya, Pakistan, yaxud hər hansı yerdən əlində nüvə silahı olan istənilən bir dəli və ya diktator, sadəcə, ‘İstədiyimi eləyin, yoxsa nüvə müharibəsi başlayacaq’ deyə biləcək”

Rusiya Prezidenti Vladimir Putin ötən ay Ukraynanın dörd regionunun ilhaqını elan edərkən onların daha müzakirə mövzusu olmayacağını bildirdi. O, Rusiyanın həmin ərazilərin müdafiəsi üçün hər bir vasitəyə əl atacağını dedi. Çoxları onun bu sözlərini nüvə hədəsi kimi qəbul edirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski dərhal cavab verərək bildirdi ki, Putin hakimiyyətdən gedənədək Rusiya ilə heç bir siyasi danşıqlardan söhbət gedə bilməz. O həmçinin Ukraynanı tezliklə NATO-ya qəbul etməyə çağırdı.

Qarşıdakı illərdə inflyasiya necə olacaq?

Hazırda Azərbaycan iqtisadiyyatının ən ciddi çətinliklərindən biri bahalaşma sürətinin artmasıdır. İndi ölkədə inflyasiya göstəricisi 14 faizə yaxınlaşır. Bu, ölkədə bir il ərzində iki dəfə devalvasiyanın yaşandığı 2015-ci ildən sonrakı dövrdə qeydə alınan göstəricilərdən də yüksəkdir. Özəlliklə qida inflyasiyasının 21 faizə çatması insanların sosial rifahına ciddi təsir göstərir. BVF-nin açıqladığı proqnozda növbəti il inflyasiyanın nisbətən səngiyəcəyi düşünülür. Fond 2023-cü ildə ölkədə inflyasiya göstəricisinin 9 faiz olacağını güman edir. Azərbaycan Mərkəzi Bankı ölkədə inflyasiya göstəricisini, adətən, 4 faiz olaraq hədəfləyir. Bu baxımdan, gələnilki inflyasiyanın da hədəf göstəricisini aşacağı inandırıcı görünür. Növbəti ilin inflyasiya göstəricisinə görə də digər iki qonşusu ilə müqayisədə Azərbaycan iqtisadiyyatının daha pis göstəricisi var. BVF gələn il Azərbaycanda 9 faiz illik inflyasiya planlayırsa, Ermənistanda bu proqnoz 6 faiz, Gürcüstanda 3.8 faizdir. Hazırda inflyasiya sarıdan ciddi problemlər yaşayan Türkiyə ilə bağlı proqnozdan aydın olur ki, növbəti il də Türkiyə vətəndaşları üçün ağır keçəcək. BVF bu ilin sonunda Türkiyədə 73.5 faiz, gələn il 37 faiz inflyasiya proqnozlaşdırır. Rusiyada bu il 12.5 faiz səviyyəsində proqnozlaşdırılan inflyasiyanın gələn il 4 faizə enməsi proqnozlaşdırılıb. Azərbaycanın digər bir qonşusu İran da yüksək inflyasiya gözləntiləri olan ölkələr arasındadır. BVF bu il üçün İranda 45 faiz, gələn il 35 faiz inflyasiya gözləyir. İnkişaf etmiş ölkələrdə gələnilki inflyasiyanın 3.2 faiz olması proqnoz edilir.

Bəs neft qiymətləri?

İxracın 90 faizdən artığı neft-qaz sektoru hesabına formalaşan Azərbaycanda enerjidaşıyıcıların qiymətlərinin gözlənilən səviyyədə olması həyati önəm daşıyır. Axı büdcə gəlirləri planlanan şəkildə olmadıqda hökumət maliyyə öhdəliklərini yerinə yetirməklə bağlı ciddi çətinliklərlə üzləşir. Beynəlxalq Valyuta Fondunun açıqladığı proqnozlar arasında neft qiymətləri ilə bağlı göstəricilərə də yer verilib. BVF iyuldakı hesabatıyla müqayisədə gələn ilə gözlənilən neft qiymətlərinə dair proqnozunu aşağı endirib. Əgər iyulda fond gələn il neftin orta qiymətinin 91 dollar olacağını proqnozlaşdırırdısa, oktyabr hesabatında bu göstərici 85 dollara endirilib. 2023-cü ilin dövlət büdcəsi hazırlanarkən Azərbaycan neftinin bir barelinin orta qiyməti 50 dollardan hesablanıb. BVF 2025-ci ilədək neft qiymətlərinin bir qədər də azalaraq 76 dollar olacağını ehtimal edir. Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, son illər dünya iqtisadiyyatında baş verən qlobal və geosiyasi hadisələr tez-tez gözlənilməz hadisələr doğurur. Bu səbəbdən növbəti illərdə həm iqtisadi artım, həm inflyasiya, həm də neft qiymətləri ilə bağlı göstəricilərin formalaşmasına iqtisadi amillərlə yanaşı, siyasi proseslərin də ciddi təsir imkanları var.

Azadlıq radiosu