Ankara Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alandan sonra Türkiyənin ABŞ-dan silahlar almasında çətinliklər yaranıb
ABŞ Senatında Türkiyəyə F-16 qırıcılarının satışını məhdudlaşdıran iki qanun düzəlişi ləğv olunub.
Bu düzəlişlər 2023-cü il üçün ABŞ Müdafiə Büdcəsinin layihəsinə əlavə edilmişdi.
Xəbər verilir ki, 2023-cü ilin müdafiə büdcəsinə şərtlər oktyabrın 11-də ləğv olunub.
Daily Sabah saytı yazır ki, Müdafiə Büdcəsi haqqında qanun tamamalandıqdan sonra sənəd Nümayəndələr Palatası versiyası ilə birləşdiriləcək və bundan sonra təsdiq olunmaq üçün prezident Co Baydenə göndəriləcək.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının xarici məsələlər üzrə sədr müavini Efkan Alanın başçılığı altında nümayəndə heyəti F-16 qırıcıları ilə bağlı məsələnin müzakirəsi üçün bu yaxınlarda Vaşinqtona səfər etmişdi.
Bob Menedez və başqaları
ABŞ Konqresində bəzi fiqurlar, məsələn Senatın Xarici Əlaqələr Komirəsinin sədri Bob Menendez bu qırıcıların Türkiyəyə satışını bloklamaq istəyirdilər.
Türkiyə rəsmiləri bundan əbvvəl bildirmişdilər ki, Vaşinqton Türkiyəyə F-16-ların satışına dair vədinə əməl etməsə, Ankara Rusiya kimi başqa ölkələrə müraciət edə bilər.
Bu yaxınlarda ABŞ millət vəkilləri tərəfindən qəbul olunmuş qanun Türkiyəyə Lockheed Martin şirkətinin istehsalı olan F-16 qırıcı təyyarələrinin satışına əngəl yaradırdı.
Nümayəndələr Palatasının iyul aytında qəbul etdiyi qanunvericilik aktında deyilirdi ki, bu qırıcıların Türkiyəyə satışına yalnız Co Bayden administrasiyası belə bir satışın ABŞ-ın təhlükəsizlik maraqlarına gərəkli olduğunu təsdiq edərsə mümkün ola bilər.
Sözü gedən qanunvericilik aktı bu təyyarələrdən Yunanıstan üzərində “icazəsiz uçuşlar” üçün istifadəni qadağan edirdi.
Azadlıq radiosu