Əslində Rusiyanı onda BMT-dən çıxarmalı idilər

Milli Şuranın sədri, professor Cəmil Həsənli

1960-cı ilin 12 oktyabrında. Həmin gün BMT Baş Assambleyasının XV sessiyası gedirdi və Nikita Xruşşov da Sovet nümyəndə heyətinin başçısı kimi sessiyada iştirak edirdi. Və elə həmin sessiyada “Macarıstan məsələsi” müzakirə ediləndə Xruşşovun əsəbləri dözmədi, ayaqqabısının bir tayını çıxarıb başının üzərində yellədi və onu dabanı ilə bir neçə dəfə stolu döyəclədi. Həmin gün Xruşşovun ayaqqabının şəkili bütün Amerika qəzetlərinin manşet fotosu kimi nümayiş etdirildi.

Həmin vaxt sessiyanın tribunasında Filippinli məruzəçi Lorenso Sumulonqa Sovet İtifaqını kəskin tənqid edən öz məruzəsini oxuyurdu. Xruşşov ayaqqabısının tayını başının üzərində yellədib onu “холуём американского империализма” adlndırdı. Tərçüməçi çaş-baş qaldı ki, bunu neçə tərcümə etsin. Bu Xruşşovun tərcüməçisinin ikinci dəfə əlaçsız qalması idi. Birinci dəfə 1959-cu ildə Nikita Sergeyeviç Amerikaya səfər zamanı işlətfiyi “Мы вам еще покажем кузькину мать!” ifadəsi tərcüməçini pis vəziyyətə qoymuşdu. Və amerikalılar bilmirdi ki, bu Kuzmanın anası kimdir ki, Xruşşov onu belə hədələyir.

Əsas həngamə isə Britaniyanın baş naziri Makmillan çıxış edəndə oldu. Makmillan öz çıxışında Sovet siyasətini ilmə-ilmə sökürdü. Xruşşovun stolunda kağız-kuğuz olmadığı üçün o, ayaqqabının dabanı ilə stolu doyəcləyəndə səs bütün zalı bürüyürdü. Həmin vaxt ayaqqabı sənayesində istifadə edilən rus “padoşu” təbii göndən hazırlandığı üçün daş kimi möhkəm olurdu. Amma Makmillan heç nə olmamış kimi çıxışını davam etdirirdi.

Xruşşov ayaqqabını döyəcləyib stolun üstünə qoyanda ayaqqabının burnu Sovet nümayəndə heyətinin qarşısında oturan İspaniya xarici işlər nazirinin boynunun arxasına dəydi. İspaniya nümayəndəsi ayağa qalxıb iki addım irəli getdi və Xruşşova dönüb iki dəfə təkrar etdi ki,
We do not like you! We do not like you!
Bu zaman bütün zal BMT toplantıları üçün qeyri-adi olan bu mənzərəni müşahidə edirdi.

Ən maraqlısı o idi ki, bir il sonra “İzvestiya” qəzetinin baş redaktoru, Nikita Xruşşovun kürəkəni Aleksey Acubey bu məsələni Xruşşovun diplomatik bacarığı kimi Sov.İKP-nın XXII qurultayında danışanda bütün zal onun çıxışını sürəkli alqışlarla qarşıladı. Amma 1964-cü ildə Nikita Xruşşovu rəhbərlikdən uzaqlaşdıranda Mixail Suslovun məruzəsində bu fakt ona qarşı əsas ittihamlardan biri kimi irəli sürülürdü.