Bir ay öncə itkin düşmüş Yevlax sakini Mingəçevirdə ölü tapılıb


Mərhum I qrup əlil və nitq qüsurlu olub
Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Elxan oğlu Mahmudov avqustun 31-də yaşadığı ünvandan çıxmış və bir daha geri qayıtmamışdı.
Daxili İşlər Nazirliyinin ilkin olaraq yaydığı məlumatda onun sonuncu dəfə Mingəçevir şəhəri ərazisində itkin düşdüyü müəyyən edilmişdi. Məlumatda həmçinin itkin düşən R.Mahmudovun I qrup əlil və nitq qüsurlu olduğu bildirilirdi.
Təxminən bir aya yaxın davam axtarış tədbirlərindən sonra Ramin Mahmudovun yanmış cəsədi yüksək gərginlikli transformatorun içərisində tapılıb.
Faktla bağlı araşdırma aparılır.


Azər