İjevskdə məktəbdə 17 nəfər öldürülüb, on biri məktəblidir

İjevskdə məktəbdə atışmada ölənlərin sayı 17-yə çatıb. Onlardan on biri məktəbli, ikisi mühafizəçi, ikisi müəllimdir. Ötən gecə daha iki nəfərin vəfat etməsiylə ölü sayı artıb.

Udmurtiya respublikasında matəm elan olunub.

Rusiya İstintaq Komitəsi silahlının 34 yaşlı Artyom Kazantsev olduğunu müəyyənləşdirib. O özü də 88 saylı məktəbi bitirib.

Bəzi media qurumları silahlının üstündə svastka olan qısaqol köynəkdə olduğunu yazırlar.

Hazırda daha 16 uşaq və iki böyük şəhər xəstəxanalarındadır. Yeddi uşaq və iki böyük reanimasiya şöbəsindədir.

Azadlıq radiosu