Əhməd Məmmədlinin həbsdə aclıq etdiyi deyilir

D18 – Demokratiya 1918″ Hərəkatının inzibati qaydada 30 sutka həbs olunan sədri Əhməd Məmmədlinin aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə Hərəkatdan məlumat verib.

Qeyd olunub ki, Ə.Məmmədli öz həbsini qanunsuz və siyasi sifariş hesab edir: “O öz həbsinə etiraz olaraq dünən, sentyabrın 20-dən aclıq aksiyasını başlayıb”.

Bu deyilənlərə, hələlik, Azərbaycan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmi qurumlar, bir qayda olaraq, Azərbaycanda siyasi sifarişli həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

Əhməd Məmmədliyə 30 sutka verilib

“D18 – Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli sentyabrın 30-da Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub. O, İnzibati Xətalar Məcəlləsinin 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli sayılıb.

Amma gənc bu qərarı əsassız sayıb. Onun sözlərinə görə, həbsinə sülhdən danışması, Prezident İlham Əliyevi tənqid etməsi səbəb olub.

Onun bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azadlıq radiosu