Gürcüstanda yaşayan azərbaycanlı fəal deputata dərs keçdi

Samirə Bayramova

Təəssüf olsun ki, müsahibənin bir çox önəmli hissələri çıxarılıb, ona görə də bütöv hissəni elə buradan paylaşıram!

Müəyyən xəbər saytlarından Azərbaycanın milli vəkili Fazil Mustafanın Borçalılar haqqında təsvir və düşüncələrini oxudum. Xəbərdən sonra onun haqqında kiçik araşdırma etdikdə məlum oldu ki, Fazil bəy millət vəkili olmaqla yanaşı eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavinidir və həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdü. Vəzifələrdən başqa həm də bir çox kitabın, yüzlərlə elmi, publisistik məqaləninin müəllifi imiş. Doğrusu onun müsahibələri, təsvirləri və məsələləyə bu formada yanaşması ilk əvvəl məndə tamam başqa təssürat yaratdı, mənə elə gəldi ki, elmsiz, kvotalı qondarma siyasətçidir.

Yuxarıda sadaladığım profilinlə onun fikirini analiz edəndə adam da sual yaranır ki, doğurdanmı bu adamın qanunların insanın şərəf, ləyaqətinə və dəyər verməsini tələb etdiyini bilmir, doğurdanmı Avropa Şurası Parlament Assambleyasında insan haqqları və mənəvi hüquqları haqqında heçnə eşitməyib?

İlk öncə hüquqi dövlət sərhədləri və vətəndaş anlayışına diqqət etməliyik. Mən bilmirəm bəy hansı haqla Borçalıları milli ideologiya ilə təhdid edir və nə səbəbdən onlardan bunu tələb edir. Xatırlatmaq istəyirəm ki, biz Borçalılar yəni Gürcüstan azərbaycanlıları Gürcüstan vətəndaşlarıyıq və öz qanun və sərhədlərimiz çərçivəsində öz dəyər və hüquqlarımız uğrunda yüksək formada mübarizə aparırıq. Düzdür bu əraziyə bir çox ölkənin məqsədli təsirlər var və biz də bundan narahatıq və Gürcüstan hökumətini daima öz vətəndaşlarına yüksək xidmətlərin yaratmasını tələb edir ki, bu kimi təsirlərin qurbanı və ehtiyaclısı olmasın.

Fazil bəyin müzakirəsi Aşuradan başladı və bu haqqda da fikir bildirmək istəyirəm. İnsanların dini inancları və dəyərləri var. Gürcüstan tolerant və demokratik ölkədir və bundan irəli gələrək o öz vətəndaşlarına öz dini ayin və tədbirlərini keçirmək haqqı və imkanı verib. Az yaşlıların ora qoşulma prosesini biz də doğru hesab etmirik, zaten dində belə bəlli yaş hədləri göstərilib və hətta bir neçə axundun Aşura günü uşaqların dərsdən yayınması məsələsinə toxunduğunu görürük. Burada Aşura sakit mədəni formada, polisin müşayəti ilə sadəcə yürüşlə həyata keçirilir və orada uşaqların psixologiyasına təsir edən faktorları psixoloq dəyərləndirsə yaxşı olar, başqa ölkələrdən fərqli olaraq burada kimisə qanına qəltan etmirlər və vahiməli səhnələr göstərmirlər.

Əgər Fazil bəyi buradakı azərbaycanlıların problemləri və dərdləri bu qədər narahat edirsə onda ona daha vacib problem deyim və bununla məşğul olsa bizə də faydalı olar. Uzun illərdir Gürcüstanın azərbaycanlı siyasi elitasını Azərbaycam dövləti müəyyən edir və ora cahil, savadsız, vətənpərvərlikdən uzaq şəxlər təyin edir və bu şəxslər buradakı azərbaycanlıların ictimai, siyasi proseslərdə fəallığına problem yaradaraq onları bir çox dövlət resurslarından məhrum edir. Bizim dini proseslərdən daha çox narahat edən ictimai, siyasi proseslərin tənzimlənməsidir.

Bizim ailə dindar olmayıb, dini bayramlar və ayinlər bir adət kimi qeyd olunub, mən də uşaq olanda hər il bütöv on günü məhərəmlik məclislərinə getmişəm. Kənddə yaşayan adam üçün toy, yas yerindən başqa sosiallaşmaq üçün şərait yoxdur ona görə də bu məclis öz mahnıları, söhbətləri və adəti ilə mənim xoşuma gəlirdi, insanlar yalnız dindən və Allahdan danışdıqları zamanı mərhəmətli və səmimi olduqlarına görə oradakı bu səbəbdən yaranan mühit mənə çox xoş təsürat yaradırdı. Uzun illərdir bu məclislərə qatılmıram və bilmirəm nə formada davam edir, yəqin ki, eyni formadadır.

Uzun illərdir ki, Gürcüstanda ictimai sektordayam və əsasən regionda yaşayan etnik azlıqların problemlərinin həlli istiqamətində çalışıram. Ana dilinin qorunması, Novruz Bayramının Gürcüstanda qeyri-iş günü olması, milli qəhramanların adlarının əbədləşdiriməsi, etnik azlıqlar üçün bərabər hüquqlu təhsil sisteminin yaradılması və digər Gürcüstan vətəndaşları kimi onlarında bir çox təhsil prosesində pulsuz təhsil almalarını, şəffaf və bərabər hüquqlu büdcə sistemi sahəsində çoxlu sayda lahiyələr həyata keçirmişəm və bu gün Gürcüstanın ictimai, siyası mühitində bir azərbaycanlı kimi fəal şəkildə iştirak edirəm və savadsız, cahil qalmamışam.

Bizim cəmiyyətdə olduqca xeyli qərəzli məsələlər var ki, ortaq nöqtə tapa bilmirik. Bunun səbəbi təbii ki, hələ də Qafqazda cəmiyyətin və fərdlərin formalaşa bilməməsi məsələsi durur. Məsəlçün Fazil bəy millət vəkilidir, qanunevrici orqanda işləyir və eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavinidir və həm də Avropa Şurası Parlament Assambleyasında nümayəndədir amma hələdə kimdən nəyi necə tələb etməsinin fərqində deyil və insanın inanc və mənəvi hüquqlarına hörmət etməyi öyrənə bilməyib. Düşünürəm ki, illər keçsə belə hər il yenə Aşura günü bu mövzu aktual olacaq və müzakirə olunacaq. Ona görə də psixoloqun qeyd etdiyi kimi, burada məsələ Aşuranın uşaqlara düzgün izah edilməsi və axundun dediyi kimi Aşurada uşaqların dərsdən yayındırılmaması əsas prioritet olmalıdır.

Düzdür burada xeyli sistem problemləri və sosial problərimiz var amma bu Fazil bəyin müzakirə edəcəyi və uzaqdan ultimatum verəcəyi bir mözvu deyil və heç onun buna hüquqa da çatmır. Görünür o bizim regionu öz muxtar əyaləti kimi görür və dərk edir, nəzərinə çatdırmaq istəyirəm ki, Gürcüstanın sərhədi Qırmızı Körpüdən başlayır və Sarpda bitir. Əgər onu milli şüvənlik narahat edirsə, artıq 3 ildir ki, Azərbaycan dövləti sərhədləri açmır və insanlar bunda xeyli əziyyət çəkir, hesab edirəm bu mövzuda aktiv işləsə yaxşı olar, bəlkə Borçalılar gedib oradan savad, millik və vətənpərvərlik öyrənmiş də olarlar!