Ermənistan Strasburq məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb

İyulun 27-də Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycana qarşı yeni dövlətlərarası iddia qaldırıb. Ermənistan KİV bildirib ki, iddiada “Azərbaycanın təcavüzü nəticəsində” Xramort və Fərrux kəndlərinin sakinlərinin hüquqlarının pozulmasından danışılır.

Həmçinin iddiada 2021-2022-ci illərdə Azərbaycan hərbçilərinin Qarabağ ermənilərinə qarşı güc tətbiq etməsi və bunun nəticəsində “yaşamaq hüququnun pozulduğu” barədə ittihamlar var. 

Contact.az