ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikm Azərbaycanda səfərdədir. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin sosial media səhifələrində bildirilir.
ABŞ Səfirliyinin iyulun 26-da yaydığı məlumata görə, Maykl Uikm səfər zamanı Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycanla hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək.
Amerikanın səsi