Odessa limanı ‘Kalibr’lə vurulub-Kiyev Rusiyanı taxıl müqaviləsini pozmaqda ittiham edir

Ukraynanın yaydığı məlumata görə, iyulun 23-də Rusiya raketləri taxıl ixracı müqaviləsinin açarı olan Odessa limanını vurub.

Ukrayna Cənub Əməliyyat Komandanlığının teleqram kanalında yayılan məlumata görə, Rusiya “Odessa dəniz ticarət limanına “Kalibr” qanadlı raketləri ilə hücum edib”.

“İki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, iki raket isə limanın infrastrukturuna düşüb” deyə məlumatda vurğulanır. Yerli teleqram kanalları da partlayışdan sonra limanda yanğın başladığını yazıblar.

Ukrayna tərəfi Rusiyanı Qara dəniz limanlarından taxıl ixracı ilə bağlı İstanbulda imzalanmış müqavilələri pozmağa çalışmaqda ittiham edib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko hücumu şərh edərkən bildirib ki, Rusiyanın iyulun 22-də İstanbulda imzaladığı sənəddə BMT və Türkiyəyə verdiyi razılaşma və vədləri şübhə altına almaq üçün bir gündən az vaxt lazım olub.

“Rusiyanın raketi Vladimir Putinin razılığa gəlməsi üçün böyük səylər göstərən və Ukraynanın minnətdar olduğu BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üzünə tüpürdüyü tüpürcəkdir” Nikolenko Facebook-da yazıb.

Azadlıq radiosu