Çərşənbə günü saat 23.00-da Azərbaycan ordusunun hərbi qulluqçusu avtomatdan açılan atəş nəticəsində həlak olub. Bu barədə iyulun 14-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Həlak olan əsgərin adı Ruslan Manafzadədir.
Faktla bağlı Hərbi Prokurorluq CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açıb. Hadisənin harada baş verdiyi açıqlanmır.
Öz növbəsində, Ermənistanın Müdafiə Nazirliyi iyulun 14-də əsgərinin öldüyü haqqında məlumat yayıb.
Məlumata əsasən, sıravi əsgər, 2003-cü il təvəllüdlü Arsen Manukyanın meyiti saat 10:25-də şərq istiqamətindəki döyüş mövqelərindən birində başından yaralanmış vəziyyətdə tapılıb. Hadisənin hal və şərtləri açıqlanmır.
Contact.az