Yanacağın qiymətinin qaldırılması əsaslı deyil

İqtisadçı ekspert Samir Əliyev

Azərbaycanda yanacağın qiymətini xarici ölkələrlə müqayisə edəndə 2 meyar əsas götürülməlidir. Birinci meyar olaraq neft ixrac edən ölkələr seçilməlidir. İkinci meyar olaraq inkişaf etməkdə olan ölkələr götürülməlidir. Yalnız bu halda bizdə yanacağın qiymətinin digər ölkələrdən “nə qədər ucuz olması” iddiasını irəli sürmək olar. TV kanallarda “tezis ekspertlərin” dövri olaraq qiymət artımını əsaslandırması qeyd etdiyim meyarla əsasında aparılmalıdır. Reallıq isə qiymətləri artıran Azərbaycan hökumətinin xeyrinə deyil. Qeyd edib ki, yanacağın qiyməti hökumət tərəfindən rəsmi (Aİ-92, dizel) və qeyri-rəsmi (Aİ-95, Aİ-98) olaraq hökumət tərəfindən tənzimlənir. Neft-qazın bahalaşması ölkəyə əlavə milyardlar qazandırdığı halda hökumət əli cibində qazandığı gəlirlərdən bir neçə milyonu yanacağa hədiyyə etmək istəmir. Müqayisə üçün deyim ki, Rusiyada Aİ-95 markalı benizinin litri 0,85 USD, Qazaxıstanda 0,4 USD, S.Ərəbistanında 0,6 USD, Kuveytdə 0,3 USD təşkil edir. Mən hələ İranı, Venesuelanı, Anqolanı, İraqı, Nigeriyanı demirəm. Əgər litri 2,4 avro olan Norveçlə, 2,3 avro olan Niderlandla, 1,4 dollar olan ABŞ-la müqayisə etmək istəyirsinizsə, bu müqayisə uğurlu deyil. Çünki 2-ci meyara uyğun gəlmirlər. Norveç, Niderland inkişaf etmiş ölkədir və orda insanların qazancı Azərbaycanda dəfələrlə yüksəkldir.