Britaniya hökumətindən kütləvi istefalar davam edir

Baş nazir Boris Consona etimadsızlıqla bağlı 30-adək yüksək vəzifəli rəsmi hökumət kabinetini tərk edib.

Onların arasında həm nazirlik rəhbərləri, həm də vəzifəli deputatlar var.

İyulun 5-də vəzifələrindən səhiyyə və maliyyə nazirləri istefa veriblər. Buna səbəb Boris Consonun Kris Pinçeri parlament üzvlüyünə təyin etməsi olub.

Hakim Mühafizəkar Partiyadan olan Pinçeri sərxoş vəziyyətdə cinsi qısnamada ifşa ediblər. O bir həftə əvvəl vəzifəsindən gedib.

Bugün, iyulun 6-da istefa verən nazirlər Consona yazdıqları məktubda onu vəzifəsindən getməyə çağırıblar.

Conson istefa vermək niyyətində olmadığını deyib.

Britaniya Mühafizəkar Partiyasının xüsusi komitəsi iyulun 11-də öz rəhbərliyinin seçkisini keçirəcək.

Həmin vaxtadək partiya liderinin dəyişilməsi qaydası olduğu kimi qalacaq.

Boris Conson hazırda hakim partiyanın lideridir. Qaydalara görə partiya lideri baş nazir vəzifəsini tutur.

Bu da xəbər verilir ki, Britaniya nazirlərinin kütləvi istefası partiya daxilində Consonun kəskin tənqid edilməsi fonunda baş verir.

Ötən apreldə o Britaniya tarixində öz vəzifəsinin qaydalarını pozmaqda ifşa edilən ilk baş nazir olub.

Həmin vaxt o, özünün elan etdiyi karantin dövründə içki məclisində iştirak etdiyinə görə cərimə olunmuşdu.

Boris Conson iyunun əvvəllərində Mühafizəkar Partiya deputatlarının təşəbbüsü və iştiraikilə keçirilən etimad səsverməsindən qalib çıxmışdı.

Son rəy sorğularına görə britaniyalıların 70 faizi baş nazirin işini bəyənmir.

Azadlıq radiosu