Rusiya işğalçıları Ukraynanın taxılını oğurlayır

BBC-nin araşdırması nəticəsində Rusiya qoşunlarının minlərlə ton Ukrayna taxılını oğurlanmasına dair dəlillər aşkar edilib.

Moskva oğurluq ittihamlarını inkar edir, lakin müəyyən edilib ki, işğal olunmuş ərazilərdə Rusiya tərəfindən təyin edilmiş hakimiyyətin fərmanlarında deyildiyinə görə, onlar Ukrayna taxılını “milliləşdirirlər”.

BBC-nin Avropa üzrə müxbiri Nick Beake Kiyevdən yazır: “İşğal olunmuş ərazilərdə görüşməyə çalışdığımız 200-dən çox ukraynalı fermerin əksəriyyəti öz təhlükəsizlikləri üçün, qorxudan bizimlə ətraflı danışmaqdan qaçırdı.

Lakin Dmitri adlandırdığımız bir fermer bizimlə görüşməyə razılaşdı. O söylədi ki, Rusiya əsgərləri taxıl ehtiyatlarını müsadirə etmək üçün onun fermasına gəlmişdilər. Bizdə əsgərlərin fermaya gəlişini, onlardan birinin kameraları uğursuzcasına atəşə tutmasını təsvir edən görüntülər vardır.

Biz, həmçinin Dmitrinin iki yük maşınının Krıma, sonra isə Rusiyaya yolunu izləmişik. Gördüyümüz sənədlər göstərir ki, bəzi rayonlarda Rusiya tərəfindən təyin edilmiş hakimiyyət fermerlərə bildiriblər ki, taxılı, onların təbirincə, rayonun “ərzaq təhlükəsizliyini” təmin etmək üçün müsadirə edirlər.

Ancaq Ukrayna rəsmiləri hesab edirlər ki, Ukrayna ərazisinə müdaxilənin ilk günündən bəri, keçən 4 ay ərzində 800 min tona qədər taxıl oğurlanıb.
ABŞ rəsmiləri oğurlanmış Ukrayna taxılını Krımdan dünyanın başqa hissələrinə daşıyan 9 gəminin adını açıqlayıblar.