ABŞ Ukrayna ilə kəşfiyyat paylaşmağı məhdudlaşdırır

Pentaqonun aparıcı rəsmisinin qəzetə dediyinə görə, ABŞ Ukraynaya generalların yeri barədə də informasiya verməmək qərarına gəlib

Co Bayden administrasiyası Moskva ilə gərginliyin qızışmamasından ötrü kəşfiyyat paylaşımı üzrə təlimat hazırlayır. Bu haqda “Washington Post” qəzeti rəsmilərə istinadla yazır. Məlumata görə, Birləşmiş Ştatların Ukrayna ilə paylaşa biləcəyi informasiyaya iki böyük qadağa qoyulub.

Birinci qadağaya görə, ABŞ Ukraynanın Rusiya rəhbərliyində olan şəxsləri öldürməsinə imkan verəcək detallı informasiyanı ötürə bilməz. Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov, Müdafiə naziri Sergey Şoyqu bu kateqoriyaya aiddir.

ABŞ Ukrayna ilə kəşfiyyat paylaşmağı məhdudlaşdırır.

Azadlıq radiosu