Rusiya – Kiyevdən geri çəkilmə və Kremlin özü tərəfindən etiraf edilən çoxsaylı itkilər fonunda – Ukraynadakı əməliyyat komandirini dəyişib. Bu barədə BBC məlumat yayıb.

Məlumatda vurğulanır ki, Cənub Hərbi Dairəsi qoşunlarının komandanı Aleksandr Dvornikov yeni komandir olub. Onun ikinci Çeçenistan müharibəsində və Rusiya hərbçilərinin Suriyadakı hərbi əməliyyatlarına rəhbərlik etdiyi bildirilir.
Azadlıq radiosu