Müharibənin 26-cı günü – Putinin “B planı”

Neft 300 dollara?

Qərb Rusiya neftindən imtina edərsə, dünyada neftin bareli 300 dollara qalxa bilər. Bəziləri isə 500 dollaradək bahalanma imkanı görürlər. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Ukrayna Rusiyanın tələblərini rədd etdi

Rusiya ordusunun bazar günü gecə saatlarında Kiyevin Podol rayonunda yaşayış binaları və ticarət mərkəzini raket atəşinə tutması nəticəsində azı 8 nəfər həlak olub.

Danışıqlarda irəliləyiş yoxdur

Rusiya və Ukrayna arasında sülh danışıqlarında böyük irəliləyiş əldə olunmayıb. Açıqlamanı Kreml martın 21-də verib.

Ukrayna Mariupolu təslim etmir

Ukrayna Rusiyanın mühasirəyə aldığı Mariupol şəhərini martın 21-də təslim etmək və ağ bayraq qaldırmaq tələbini rədd edir, “təslim etməkdən söz gedə bilməz”, – deyir. 

Azadlıq radiosu