İşğalın 22-ci günü

Xersonda yoxa çıxanlar var

Rusiya qüvvələrinin qismən tutduğu Ukraynanın Xerson regionunda onlarla fəalın, bloqerin, digərlərinin yoxa çıxdığı deyilir.

Sergey Tsihipa martın 12-də səhər itiylə birlikdə evdən çıxıb. 60-yaşlı fəal, bloqer olan Tsihipa Rusiya işğalına qarşıdır. Həyat yoldaşı Olena radioya ərinin evə dönmədiyini deyib. 

“Hərbi cinayətkar”

ABŞ Prezidenti Co Bayden ilk dəfə olaraq rusiyalı həmkarı Vladimir Putini qonşu Ukraynanın qanlı işğalına görə “hərbi cinayətkar” adlandırıb.

“Məncə, o, hərbi cinayətkardır”, – Bayden martın 16-da Ukraynaya silah yardımı paketini açıqlayarkən deyib. 

Rusiyaya sanksiyalar Azərbaycanda çörəyi bahalaşdıra bilər

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan ehtiyacı olan buğdanın 40 faizini idxal edir, idxalın isə keçən il 95 faizi Rusiyanın payına düşüb.

Azadlıq radiosu