Sabah Bakı Apelyasiya Məhkəməsində Mehman Əliyevin işi üzrə iki proses olacaq.
“Turan” İnformasiya Agentliyinin həbsdə olan rəhbəri Mehman Əliyevin vəkili Fuad Ağayev bununla bağlı FB statusunda yazıb: “Bakı Apelyasiya Məhkəməsindən zəng vurub dedilər ki, tutma qərarı ilə bağlı apelyasiya şikayətinə sabah saat 14:30-da baxılacaq”. Bunun ardınca vəkilə məlumat verilib ki, sabah saat 15.00-da isə girovla bağlı şikayətə baxılacaq.