“Yasamal Rayon Məhkəməsi Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə müraciətimizi təmin etmədiyindən həmin qərardan apelyasiya şikayəti verdim”. Bunu FB səhifəsində vəkil Fuad Ağayev bu gün yazıb.
Dünən – sentyabrın 6-da Yasamal Rayon Məhkəməsində “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin girov müqabilində həbsdən buraxılması haqda vəkilin müraciətinə baxılmışdı və hakim Azər Tağıyev vəsatəti təmin etməmişdi.