Prokurorluq orqanlarından bəyanatla istefa verdikdən sonra barəsində rüşvət ittihamı ilə cinayət işi başlanaraq həbs edilmiş Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun məhkumluğunun bir ili tamam olur.
Yerli və beynəlxalq hüquq təşkilatları Rüfət Səfərovu siyasi məhbus hesab edib.
Keçmiş müstəntiqin valideynləri və vəkili onun bir illik həbsi ilə bağlı münasibət bildiriblər. Həmin çıxışlardan, Rüfət Səfərovun özünün həbs öncəsi açıqlamalarından hazırlanan video süjeti saytımızın izləyicilərinə təqdim edirik.
azadliq.info